Diadoxlar

Diadoxlar (q.yun. διάδοχος – xələf) — Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 323-cü ildən e.ə. 301-ci ilə qədər müharibələr aparmış sərkərdələri. Bu müharibələr nəticəsində Makedoniyalı İsgəndərin imperiyası Suriya, Ptolomeylər Misiri, Vifiniya , Perqam və Makedoniya dövlətlərinə parçalandı.

Diadoxlar arasında ən məhşurları Təkgözlü I Antiqon və onun oğlu Demetri Poliekrit, Antipatr və oğlu Kassandr, Ptolomey, Selevk, Lisimax və Evmendir.

Diadoxlar arasında başlanan və İps yaxınlığında baş vermiş döyüş (e.ə. 301-ci il) nəticəsində başa çatan bu mübarizə tarixdə "Diadoxlar erası" kimi qalmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search